AVRO-2024: Azərbaycan millisi səfərdə Estoniyanı məğlub edib – YENİLƏNİB-6

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.

Turanın səsi ” in məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.

“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.

Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.

21:07

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələsinin VII turun oyununda ikinci hissə başlayıb.

Turanın səsi” xəbər verir ki, qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qonaq komanda 2:0 hesabı ilə öndədir.

20:52

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələsinin VII turunun oyununda birinci hissə başa çatıb.

Turanın səsi” xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

Qarşılaşmanın birinci hissəsində qollara Toral Bayramov və Ramil Şeydayev imza atıblar.

20:49

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

Turanın səsi” xəbər verir ki, millimiz yenidən rəqibi meydanın mərkəzinə dəvət edib.

Bu dəfə Ramil Şeydayev fərqlənib. Hücumçu 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Millimiz səfərdə 2:0 hesabı ilə önə keçib.

20:10

Estoniya və Azərbaycan milliləri arasında Tallində keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

Turanın səsi” xəbər verir ki, qonaq komanda 9-cu dəqiqədə fərqlənib.

Toral Bayramov dəqiq baş zərbəsi ilə ev sahiblərini meydanın mərkəzinə dəvət edib.

Azərbaycan yığması hazırda 1:0 hesabı ilə öndədir.

20:00

Tallində Estoniya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin VII turunun oyunu başlayıb.

Turanın səsi” xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

“A. Le Koq Arena”da keçirilən matçı almaniyalı Robert Şröder idarə edir.

18:52

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda üz-üzə gələcək Estoniya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.

Turanın səsi ” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vasilyev (k), 17. Martin Miller, 20. Markus Poom.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Qeyd edək ki, bu gün Tallində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir