Liderlər Bişkekdə: Güclü Azərbaycanı həzm etmək istəmirlər -DEPUTAT ŞƏRH ETDİ

0

“Prezident İlham Əliyevin apardığı xarici siyasət, kifayət qədər balanslaşdırılmış və bütün mümkün beynəlxalq platformalardan istifadə etməklə, ölkəmizin daha da güclənməsinə, təhlükəsizliyinin təmin olunmasına yönəlib”.

Turanın səsi” xəbər verir ki , bunu açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasını şərh edərkən bildirib. 

Deputatın sözlərinə görə, son 20 ildə əldə olunan nəticələrə diqqət etsək görərik ki, cənab Prezident həm Qərblə, Şərqlə, Şimalla, Cənubla, qonşularla, qonşu olmayanlarla münasibətlərdə bərabərhüquqlu, qarşılıqlı hörmətə söykənən əməkdaşlığa üstünlük verir: “Ermənistan rəhbərləri kimi, külək hansı tərəfə əsirsə, o tərəfə əyilmir. Müxtəlif xarici təsirlərin diqtəsi ilə dövlət siyasətini müəyyənləşdirmir. Harada olmasından asılı olmayaraq, stabil Azərbaycan dövlətinin maraqlarını müdafiə edir. Məhz, bu keyfiyyətlərinə və hər zaman dediklərinin arxasında durduğuna görə, İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu daim artır. Prezident İlham Əliyevin Bişkekdə keçirilən MDB Dövlət Başçılarının iclasında iştirak etməsi, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Gündəlikdə, çoxtərəfli və ikitərəfli görüşlərdə müzakirə olunacaq regional, geosiyasi, iqtisadi,ticari, humanitar, təhlükəsizlik və s. məsələlər var”.

O bildirib ki, Rusiya ilə münasibətlərə və 2024-cü ildə bu ölkənin MDB-yə sədrlik etməsindən gözləntilərə gəlincə, əməkdaşlığımız müsbət istiqamətdə inkişaf edəcəkdir: “Rusiya böyük dövlətdir və bizim qonşumuzdur. Heç yerə gedəsi deyil. Son iki yüz illik tariximizdə baş verənlərlə müqayisədə, son illərdə kifayət qədər müsbət dəyişikliklərin şahidi olmaqdayıq. 44 günlük müharibədən sonra dünyada baş verən proseslər və Azərbaycanın qələbəsini həzm edə bilməyən çoxsaylı riyakar qüvvələrin münasibətini gördükdə, bir daha əmin olursan ki, ancaq və ancaq öz gücünə arxalanmalısan. Demokratiyadan, insan haqqlarından car çəkənləri, sadə azərbaycanlının problemləri maraqlandırmır. Güclü Azərbaycan dövlətini isə ümumiyyətlə həzm etmək istəmirlər. Ona görə də həm MDB, həm Qərb, ümumiyyətlə beynəlxaq təşkilatların hər birində iştirak etməli, ölkəmiz üçün faydalı nə varsa, götürməyi bacarmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasındadır. Hazırda keçiriləcək iclasda Birliyə üzv dövlətlər arasında iqtisadi, mədəni, humanitar və hüquq-mühafizə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyan sənədlər paketi imzalayacağı gözlənilir. Rusiya prezidenti ilə Azərbaycan prezidentinin görüşü nəzərdə tutulub. Vladimir Putinin həmkarlarına Rusiyanın 2024-cü ildə MDB-də sədrliyinin prioritetləri barədə məlumat verəcəyi gözlənilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir