Sahibə Qafarova: “İşğal dövrü Ermənistanın tarixində qara ləkədir”

0

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya Parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşdə səsləndirib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Milli Məclisin sədri, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. O, deyib ki, işğal dövrü Ermənistanın tarixində qara ləkədir. Spiker, həmçinin, Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir