Sahibə Qafarova: “Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq”

0

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkə Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşündə səsləndirib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə öz məqsədlərinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir