Sahibə Qafarova: “Heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməyib”
Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkə Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşündə diqqətə çatdırıb ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməyib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Gedənlər bunu öz seçimləri ilə ediblər və Azərbaycan onların hərəkətinin təhlükəsizliyini təmin edib. Milli Məclisin sədri xatırladıb ki, BMT-nin ölkədəki Rezident Əlaqələndirici Ofisinin və BMT-nin ixtisaslaşmış qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti əraziyə səfər etmişdi. Onların sonrakı bəyanatı dinc əhaliyə, mülki və sosial infrastruktura qeydə alınmış hər hansı zərərin olmadığını təsdiqləyib.
Spiker Sahibə Qafarova görüşdə həmçinin, bir sıra dairələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini, ikili standartlara söykənən ədalətsiz yanaşmanı tənqid edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI