HƏMAS-ın İsrailə hücumları nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb – YENİLƏNİB

HƏMAS-ın hücumları nəticəsində ölən israillilərin sayı 800-ə çatıb, 2 400 nəfər yaralanıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Münaqişənin qurbanları arasında İsrailin cənubunda keçirilən musiqi festivalının iştirakçıları da var.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.
10:50
İsrail və HƏMAS arasındakı toqquşmalar nəticəsində zərərçəkən israillilərin sayı 2382 nəfərə yüksəlib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanalara yerləşdirilib.
04:42
“The Times of Israel” qəzetinin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən dərc etdiyi məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi zamanı zərər çəkən İsrail sakinlərinin sayı 2 315 nəfərə çatıb.
“Turanın səsi ” xəbər verir ki, bazar günü axşam “Haaretz” qəzeti də İsrail Səhiyyə Nazirliyinin məlumatlarına istinadən 2 243 itkin olduğunu bildirib. Son məlumatlara görə, ölən İsrail sakinlərinin sayı 700 nəfəri keçib. Hakimiyyət ölənlərin sayının artmaqda davam edəcəyinə əmindir.
Nəşr qeyd edir ki, zərərçəkənlərdən 23 nəfərin vəziyyəti ağır, 340 nəfərin vəziyyəti son dərəcə ağır, 449 nəfərin vəziyyəti isə orta ağırdır.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.