Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç Azərbaycana rəsmi səfərə gəlib
Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da ölkəmizə rəsmi səfərə gəlib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI