Türkiyə Suriyanın şimalında hava əməliyyatı keçirib, 30 hədəf məhv edilib

Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyat həyata keçirilib.
“Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsul terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.
Xatırladaq ki, Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.