Azərbaycanlı vəkil Arayik Arutyunyanı müdafiə edəcək – ŞOK

Arayik Arutunyanı Alov adlı vəkil müdafiə edəcək .

Xankəndində həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub. Azinforum.az-ın əldə etdiyi məlumata görə, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Turanın səsi ” xəbər verir ki, məsələ ilə bağlı Alov Səfərəliyev açıqlamasında faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. 

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!” 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir