Deputat: Qarabağın kosmik müşahidəsi artırılmalıdır

0

İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır.

Turanın səsi ” xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, 2020-ci ildə münaqişə bitəndən sonra 300 nəfərdən çox dinc şəxs azad edilmiş Azərbaycan ərazilərində minaların qurbanı olub.

V. Bayramov hesab edir ki, azad edilmiş ərazilərin tədqiqi baxımıdan kosmik müşahidələrin aparılması xüsusi əhəmiyyət kəsb edir:

“Bu fakt bir daha kosmik müşahidələrin əhəmiyyətini artırır. Hesab edirəm ki, həmin ərazilərdə kosmik müşahidələr artırılmalıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir