AzTV və “Haber Global” 27 sentyabr – Anım Günü ilə bağlı ortaq yayım təşkil ediblər
AzTV və Türkiyənin “Haber@ Global” telekanalı 27 sentyabr – Anım Günü münasibəti ilə ortaq yayım həyata keçiriblər.
“Turanın səsi ” xəbər verir ki, ortaq yayımda Vətən müharibəsinin başlamasının üçüncü ildönümündə tarixi hadisələri və onun nəticələrini müzakirə edən ekspertlər Azərbaycanın bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atdığını bildiriblər.
Verilişdə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri barədə də danışılıb.