TDT Baş katibinin müavini türk dövlətlərini münasibətləri daha da inkişaf etdirməyə çağırıb
“Türk dövlətləri münasibətlərini daha da inkişaf etdirməlidirlər”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Yerzhan Mukashın Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin türkçülüyü türk dövlətlərinin bugünkü əlaqələrinin qurulmasında böyük rol oynayıb: “Onun Türkiyə-Azərbaycan münasibətləri üçün dediyi “Bir millət, iki dövlət” ifadəsi bu gün artıq “Bir millət, yeddi dövlət” mənasını ifadə edir”.
Baş katib hazırda dünyanın çətin dövrdən keçməsindən də söz açıb: “Rusiya-Ukrayna müharibəsi, tənəzzülə uğrayan iqtisadiyyat ölkələrimizə də ciddi təsir göstərir. Ona görə də türk dövlətlərinin münasibətlərini daha çox inkişaf etdirmələri vacibdir. Son üç ildə bu yöndə ciddi qərarlar alınıb, addımlar atılıb. 2021-ci ildəki İstanbul zirvəsi və Türkmənistanın Türk Dövlətləri Təşkilatına daxil olması bu fonda önəmlidir. Həmçinin 2022-ci ildə Səmərqənd zirvəsində də türk dövlətlərinin başçıları 23 mühüm sənəd imzaladılar. Səmərqənd zirvəzində Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına üzv oldu”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI