DEPUTAT: “Emmanuel Makron verdiyi sərsəm açıqlamaları ilə “qırmızı xətt”i çoxdan keçib”

0

“Emmanuel Makron verdiyi sərsəm açıqlamaları ilə “qırmızı xətt”i çoxdan keçib”.

Turanın səsi ” xəbər verir ki , bu fikirləri açıqlamasıda Mili Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, Emmanuel Makron tək Azərbaycana deyil, Rusiyaya da qarşı da çıxır:

“Emmanuel Makron və komandası sərsəm açıqlamaları ilə açıq-aşkar beynəlxalq hüququn prinsiplərinə qarşı çıxır. 44 günlük Vətən müharibəsi və sonrakı dövr sübut etdi ki, Fransanın məkrli siyasəti torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalmasında az rol oynamayıb. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində heç bir ciddi təşəbbüslə çıxış etməyib, əksinə Ermənistana havadarlıq edərək status-kvonun qorunub saxlanmasına çalışıb. Makronun yarıtmaz siyasəti Fransanı heç olmadığı qədər hörmətdən salıb. Emmanuel Makron Fransanın ən uğursuz prezidenti kimi qiymətləndirilir. Makronun uğursuz fəaliyyəti və mütəmadi olaraq Azərbaycana qarşı səsləndirdiyi əsassız bəyənatlar onun siyasi sonunu gətirə bilər”.

Deputat vurğulayıb ki, bu gün Makron fəaliyyəti ilə regionda vəziyyəti gərginləşdirməklə sülh prosesini gecikdirməyə çalışır:

“Fransa dəfələrlə Fransa Qarabağa humanitar yardım adı ilə silah göndərib. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Makron verdiyi açıqlamalar və bəyanatları ilə Cənubi Qafqazda sülhə mane olması açıq-aşkar görünür. Makron bilməlidir ki, biz öz torpaqlarımıza ger qayıdırıq. Fransa təxribatları ilə bizi yolumuzdan döndərə bilməyəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir