Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quterreşlə görüşüb
“Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram”.
“Turanın səsi ” in xəbərinə görə bunu BMT baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.
Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüş artıq başa çatıb.
22:32
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quterreşlə görüşüb.
“Turanın səsi” in xəbərinə görə , nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quterreş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.
Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.
Təkbətək görüş hazırda davam edir.