Bu gün keçmiş polis polkovniki Nizami Əhmədovun doğum günüdür
Bu gün dəyərli şəxsiyyət, dövlətinə daima ləyaqətlə və şərəflə xidmət edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ( DİN) keçmiş polis polkovniki cənab Nizami Əhmədovun doğum günüdür .
Xatırladırıq ki , Polkovnik Nizami Viliş oğlu Əhmədov 1959 cu ildə Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub.
O, uzun illər Daxili İşlər orqanlarında yüksək vəzifələrdə çalışıb.
Hər zaman özünə etibar edilən posta vəzifə borcunu şərəflə yerinə yetirib , vətəninə və xalqına göstərdiyi qüsursuz xidmətləriylə seçilib.
N.Əhmədov İşlədiyi dövürdə ictimaiyyətə qarşı insaflı , polis adını daim yüksəklərdə tutaraq peşəsini şərəflə ,ləyaqətlə , qürurla icra edib.
Təyin olunduğu hər yerdə böyük hörmət və ehtiramla qarşılanıb. Hazırda təqaüdə çıxan polkovnikimizi görən onun keçmiş həmkar yoldaşları , xidmət etdiyi bölgələrin sakinləri , böyük hörmət və sevinclə görüşürlər .
Necə deyərlər : Önəmli olan yaşamaq deyildir… Bacarmaq heç deyildir… Önəmli olan insan kimi qalmağı bilməkdir . Məhz keçmiş polis polkovniki cənab Nizami Əhmədov həm dövlətinin , həm torpağının , həm də cəmiyyətin qarşısında alnı açıq üzü ağ qalmağı bacardı. Vicdanıyla Şərəfiylə !
“Turanın səsi ” informasiya portalında rəhbərliyi adından dəyərli Vətən oğluna möhkəm can sağlığı və uzun ömür diləyirik .
Doğum gününüz mübarək Cənab !
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI