XİN: “Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil”
“Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair cavabında yer alıb.
Bildirilib ki, Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI