Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyə namizədliyi irəli sürülüb
Asiya qitəsində həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Bunu Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib. Azərbaycan parlamentinin spikeri, ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, APA-nın institusional strukturunun təkmilləşdirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələlərinə xüsusi önəm verəcəyini qeyd edib, iştirakçı ölkələrin bu sahədə ölkəmizə dəstək olacaqlarına ümidvar olduğunu bildirib.
Sahibə Qafarova çxışında həmçinin Azərbaycan Milli Məclisinin parlament diplomatiyası vasitəsilə Asiya dövlətlərinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini, qanunverici orqanımızın bu istiqamətdə xeyli səy göstərdiyini də diqqətə çatdırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI