Azərbaycanın XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb

0

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Bu barədə  “Turanın səsi” nə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Bölgədə mövcud vəziyyət barədə məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan və irəlilədilməsində böyük səy göstərilən sülh gündəliyinin Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar nəticəsində bugün ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, son 3 il ərzində hərbi-siyasi təxribatlarını daha da artırmasının, Ermənistan baş nazirinin qomdarma rejimi təbrik etməsinin, 19 sentyabr tarixində mülki şəxslərimizin və hərbçilərimizin həlak olması ilə nəticələnən terror hücumlarının bölgədə gərginliyi daha da artırdığını vurğulayıb. Azərbaycan tərəfindən həyata keçirilən əməliyyatların qeyri-qanuni qüvvələrə qarşı yönləndiyi, mülki şəxslərin hədəf alınmadığı diqqətə çatdırılıb.

Ermənistan rəhbərliyinin ərazi bütövlüyümüz və suverenliyimizin tanınması ilə bağlı bundan öncə verilmiş bəyanatların mahiyyətini heçə endirən davranışları və bəyanatları, beynəlxalq ictimaiyyəti yanlış yönləndirmək məqsədilə irəli sürülən, bölgədə guya “humanitar böhran” və “blokada”nın mövcudluğu haqqında yalan iddialara əsaslanan qarayaxma kampaniyasının sülh prosesinə zərbə vurduğu qeyd edilib.

Bu baxımdan, beynəlxalq ictimaiyyətin bu kimi yalan iddialara deyil, bölgədə sülh və təhlükəsizliyə əsas hədə olan qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasına, Ermənistan tərəfindən yaradılan qeyri-qanuni rejimin buraxılmasına vurğu etməsinin vacib olduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir