DEPUTAT: “Beynəlxalq təşkilatlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır”

Xəbər verdiyimiz kimi sentyabrın 19-da saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə danışan bildirən Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında müxtəlif vandalizm aktları törədiblər:

“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərinin, terrorların və soyqırımların sayı-hesabı yoxdur. Ərazilərimizin minalanması bu cinayətlər sırasında əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər nəticəsində torpaqlarımızı işğaldan azad etsək də ermənilərin mina terroru davam edir və buna görə soydaşlarımız öz doğma yurdlarına qayıda bilmirlər. Guya Ermənistan ölkəmizə minalanmış ərazilərin xəritəsini verib. Bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Bu gün ermənilərin əsas məqsədləri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasının və insanların öz yurdlarına qayıtmasını mane olmaqdır. Ən önəmlisi isə törətdikləri təxribatlarla bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir”.

Deputat vurğulayıb ki, sentyabrın 19-da ermənilərin törətdiyi mina terroru nəticəsində “Azəravtoyol” ASC-nin 2, Daxili İşlər Nazirliyinin isə 4 əməkdaşı həlak olub:

“Bu gün Azərbaycan minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında təxminən 1,5 milyondan artıq mina basdırılıb. Müharibə bitsə də bu günə qədər yüzlərlə Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyətini dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyirik. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlardan Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Ermənistan bu cinayətkar əməllərinə görə pislənməlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir