TƏCİLİ; Hikmət Hacıyev AÇIQLADI: Ordumuz separatçıların müdafiə xəttini yarıb
“Azərbaycan ordusu separatçıların müdafiə xəttini yarıb.”
“Turanın səsi ” xəbər verir ki, bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlayıb.
H.Hacıyevin sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.
“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, – Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Bakı lokal xarakterli antiterror tədbirləri ilə strateji hədəfinə – öz ərazisi üzərində suverenliyini təmin etməyə – nail olacağına inanır.