Rusiya XİN: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün görüşlə bağlı təkliflər hələ almamışıq

0

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsi ilə bağlı Türkiyədən hələ də rəsmi müraciət almayıb”.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Bəli, mətbuatda bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – o bildirib.

O qeyd edib ki, Rusiya ənənəvi olaraq beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət üzrə Ankara ilə sıx dialoq aparır.

Qeyd edək ki, bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə dördtərəfli görüşün təşkili təklifi ilə çıxış edib.

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, mənim və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edirik”, – R.T.Ərdoğan türkiyəli jurnalistlərə şənbə günü keçirilən mətbuat konfransında bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir