Ceyhun Bayramov: “Ortaq dil və tarix türk dövlətləri arasında daha dərin əlaqələr üçün vacibdir”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Nazir toplantıdakı çıxışında deyib ki, ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət türk dövlətləri arasında daha dərin əlaqələr və həmrəylik üçün vacibdir