Ümidvarıq ki, Azərbaycanın Tehrandakı səfirliyi yenidən açılacaq – İran XİN
“Biz atılan addımların başa çatdırılması nəticəsində Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağımıza nikbin yanaşır və bu prosesi arzuolunan və perspektivli hesab edirik”.
“Turanın səsi ” Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi Naser Kənani deyib.
O, nazirliyin rəhbəri Hüseyn Əmir Abdullahianla azərbaycanlı vəzifədaşı Ceyhun bayramov arasında son telefon danışığı və Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması prosesi ilə bağlı sualı cavablandırıb:
“Son aylar ərzində iki ölkə arasında müxtəlif nümayəndə heyətləri mübadiləsi apardıq. Bundan başqa, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları və Bakıda keçirilən görüş olub. Danışıqlar prosesi, eləcə də iki ölkənin təhlükəsizlik, məhkəmə və iqtisadi sahələrində aparılan danışıqlar ümidverici irəliləyişdir.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Son telefon söhbətində görülmüş işlərə və danışıqlara nəzər salınıb və yeni addımlar üçün hədəflərin müəyyən edilib”.