Premyer Liqa: “Qarabağ” “Sabah”ı iki cavabsız qolla məğlub edib

0

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Turanın səsi ” in məlumatına görə, mərkəzi oyunda çempionla vitse-çempion üz-üzə gəliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə (2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək.

1Zirə65016-215
2Qarabağ63129-510
3Turan Tovuz631211-810
4Səbail631211-910
5Araz-Naxçıvan63127-710
6Neftçi62225-48
7Sumqayıt52127-57
8Sabah51136-74
9Kəpəz61143-94
10Qəbələ61

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir