“SpaceX” növbəti “Starlink” internet peyklərini orbitə çıxarıb
“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün mini peyklərdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.
“Turanın səsi ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.
“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, – məlumatda qeyd edilib.
Raket buraxılışı Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib.
Qeyd edək ki, bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 108-ci, bu ilin əvvəlindən isə 39-cu buraxılışıdır. Cari buraxılışı nəzərə alsaq, “SpaceX” artıq 5,1 mindən çox belə peyki orbitə çıxarıb. Hazırda orbitdə 4,7 mindən çox cihaz işlək vəziyyətdədir.