Azərbaycan ermənilərin Naxçıvanla sərhəddəki 70 milyon dollarlıq təxribatını DƏF ETDİ

0

Ermənistan böyük həvəslə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılması nəzərdə tutulmuşdu.

Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vuracağı heç kəsə sirr deyildi. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalı idi. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaratdığı gün kimi aydındır.

Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan məhz sərhəddə Azərbaycan tərəfi ilə razılaşdırmadan belə bir müəssisənin tikintisinə birtərəfli qaydada qərar vermişdi. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmas demək idi. Bir şey ki, Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalı idi. Lakin Ermənistan bütün bu qayda-qanunların üstündən keçərək, bölgə üçün ekoloji terror olacaq növbəti əməlini icra etməyə çalışdı.

Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərdi ki, Ermənistan regionda destruktiv siyasətindən əl çəkmək fikrində deyil, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqla məşğuldur, rəsmi İrəvan üçün regionun sonrakı taleyi heç də önəm daşımır. Lakin Azərbaycan Ermənistandan fərqli olaraq bu məsələdə öz həssaslığını qoruyub saxladı və düz sərhəddimizdə belə bir müəssisnin tikintisinə mane olmaq üçün qətiyyətini, inadkarlığını bir an olsun əlindən yerə qoymadı, haqlı olduğunu bütün dünyaya isbat etdi və öz haqqını, hüququnu qorumağın öhdəsindən bu dəfə də gəlməyi bacardı.

Rəsmi Bakı yekun sülh sənədinin imzalanmaması üçün çıxmadığı oyun qalmayan Ermənistan hökümətinə diplomatik təzyiqlərini davam etdirərək qarşı tərəfin növbəti əsassız, qanunsuz fəaliyyətinin qarşısını almağa nail olmağı bacardı. Elədir ki, var: Ermənistanın məhz Arazdəyəndə metallurgiya zavodu tikmə planı hır hansı bir kommersiya, iqtisadi layihə yox, siyasi qərar idi. İrəvan düşündü ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdən biri olan Arazdəyəndə belə bir müəssisə inşa etməklə 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü Zəngəzur dəhlizi öhdəliyindən yayına, bu məsələni dalana dirməyə nail ola biləcək. Amma Ermənistan hakimiyyətinin bu planları da suya düşdü.

Bəli, artıq dəqiqləşib: Arazdəyəndəki metallurgiya zavodu sərhəddimizdə olmayacaq. Bunu Aİ (Avropa İttifaqı) missiyası tikintinin təxirə salındığını elan etdi. Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsi, tarixi zəfəri kimi yadda qalacaq. Çünki Ermənistan və Qarabağdakı separatçı rejim qalıqları Qarabağ ermənilərinə humanitar yüklərin Bakının təklif etdiyi Ağdam-Xankəndi yolu ilə çatdırılmasına, bu yolun açılmasına qarşı çıxsalar da, yekunda bunun qarşısını ala bilmədilər və etnik ermənilərə ilk humanitar yük çatdırıldı.

3 gün sonra Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək qərarından çəkinməsi rəsmi Bakının növbəti qələbəsi, uğuru kimi şərh edilə bilər. Bu faktlar, proseslər bir daha deməyə əsas verir ki, Azərbaycan hazırda regionda yeni reallığı yaradan bir dövlət olaraq bölgədə baş verən bütün proseslərdə əsas söz sahibidir vı Azərbaycanın icazəsi və razılığı olmadan regionda hər hansı bir məsələnin çözülməsi, qərarın qəbul edilməsi mümkünsüzdür.

Bəli, Ermənistanın cənub-şərqindəki Arazdəyən qəsəbəsindən Naxçıvanla şərti sərhəddə Ermənistan-Amerika metallurgiya zavodunun tikintisi yeni yerə köçürülür. “Son həftələrdə Aİ-nin monitorinq missiyası metallurgiya zavodunun sökülməsini müşahidə etmək və monitorinq etmək üçün müntəzəm olaraq Yerasxa (Arazdeyan) ərazisini patrul edib. Mövcudluğumuzla biz materialların və avadanlıqların yeni yerə təhlükəsiz və təhlükəsiz daşınmasını asanlaşdırdıq”, – Aİ missiyasının bəyanatında deyilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir