DEPUTAT : “Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın Ermənistan üzərində növbəti zəfəridir”

0

“Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir”.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı İqbal Məmmədov fikir bildirib.

Deputat qeyd edib ki, Ağdam-Xankəndi yolunun açılması ermənilərin “humanitar böhran şousu”nu iflasa uğratdı:

“Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin olundu. Rusiyanın göndərdiyi yardımın Ağdam-Xankəndi yolundan keçməsini mühüm irəliləyiş kimi qiymətləndiririk. Bilirsiniz ki, Ermənilərin guya blokadada olmalarına bağlı saxta məlumatlar yayaraq yalanları dünyanı aldatmağa çalışırdılar. Hər zaman olduğu kimi bu dəfə də ermənilərin bu oyunu da baş tutmadı. Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın Ermənistan üzərində növbəti zəfəridir”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyim möhtəşəm zəfər regionda sülhü yenidən bərpa etdi.

“Lakin Ermənistan və havadarları regionda vəziyyəti yenidən gərginləşdirmək üçün müxtəlif təxribatlara əl atmaqdadırlar. Azərbaycanın Laçın yoluna tam nəzarət etməsi və keçid məntəqəsi yaratması Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin rahat hərəkətinin qarşısını aldı. Sülh müqaviləsinin imzalanmasının gecikməsi Ermənistan daxilində böhranların dərinləşməsinə gətirib çıxaracaq. Ona görə də Ermənistan rəhbərliyi təxribatlarından əl çəkib, Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalıdır. Sülh müqaviləsinin imzaqlanması böhran içində yaşayan erməni xalqının tək xilas yoludur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir