Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir