DİN-in mətbuat xidmətindən verilən məlumatlar (11.09.2023)

9-10 sentyabr tarixlərində ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

❗Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

❗Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

❗Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.


Quldurluq

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 8-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emil Qənizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Sentyabrın 9-da Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 180 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Aslan İbrahimov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 1200 manatı oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Ramil Gülməmmədov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Soyğunçuluq

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Emin Dadaşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


❗Sentyabrın 8-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini A.Tahirovun içərisində pulu, bank kartı, sənəd və qızıl üzüyü olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini İlham İsayev müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.


Oğurluq

Səbail rayonu ərazisində Qəbələ rayon sakini olan bir nəfərin içərisində mobil telefonu, qulaqcıq, bank kartları olan çantasının və bank kartındakı hesabından 83 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

X X X

*Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanıldı *

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən “Turanın səsi ” nə bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “əmi” adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir