Azərbaycan və Türkiyə prezidentləri Qarabağdakı son vəziyyəti müzakirə ediblər
Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.