Adil Əliyev : “Nikol Paşinyan İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi yenə telefondan asılı qalıb”

Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi yenə telefondan asılı qalıb, Azərbaycandan şikayət etməkdə davam edir.

O başqa dövlətlərin liderlərini mənasız açıqlamaları ilə yormaq əvəzinə Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişinə imza atsaydı gərginlik ortadan qalxardı. Ancaq o bunun əvəzinə əvvəlkitək Azərbaycanın daxili işlərinə qarışır, Qarabağa “status” və “beynəlxalq təhlükəsizlik təminatı” tələb edir. Paşinyan müharibənin nəticələrini unutmağa başlayıbsa, ona yaxın tarixi yenidən xatırlatmağa hazırıq.

Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin Vitse – Spikeri Adil Əliyev fikir bildirib.

Bu arada, Qarabağ separatçılarının “seçki” şousu vəziyyəti gərginləşdirməyə xidmət edir. Erməni separatçıları başda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı olmaqla bir sıra dövlətin və beynəlxalq təşkilatın “seçkini” pisləyən bəyanatından dərs çıxarmayacaqlarsa nəticənin onlar üçün pis olacağı aşkardır. Qarabağdakı ermənilərin Ağdam-Xankəndi yolunu açmaqdan, tərksilahdan və Azərbaycan qanunlarına tabe olmaqdan başqa seçimləri yoxdur, əks halda nələrin baş verəcəyini bilməlidirlər, kimsə onları xilas etməyəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir