DİN-in mətbuat xidmətindən verilən məlumatlar (09.09.2023)
❗Oğurluq
Abşeron Rayon Polis İdarəsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəbrayıl rayon sakini Xəyyam Quliyev saxlanılıb.
Araşdırmalarla onun sentyabrın 7-nə keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir avtomobildən sənədlər, yanacaq və bank kartları oğurlaması, habelə həmin bank kartından 525 manat çıxarması da müəyyən edilib.
❗Sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
❗Ağdaşda mağazadan və aptekdən oğurluq edən şəxs saxlanılıb
Sentyabrın 4-də Ağdaş şəhərində yerləşən telefon mağazasından və aptekdən ümumilikdə 1900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI