Təcili yardım maşını ilə postumuza hücum – Xankəndidə antiterror əməliyyatı başlaya bilər

0

“6 separatçının təcili yardım maşını ilə Ağdamdakı bölmələrimizə hücum etməsi haqqında mən də məlumatlıyam. Hətta Müdafiə Nazirliyi də bu barədə məlumat verib”. 

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. 

Müsahibimiz 6 erməni separatçısının Azərbaycan Ordusunun Ağdam rayonunun Papravənd kəndi istiqamətində yerləşən mövqelərinə hücum etməsi faktına münasibət bildirib. 

Xatırladaq ki, “Caliber”in məlumatına görə, ötən gün saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. 

Öz növbəsində, millət vəkili hesab edir ki, bundan da məkrlisi və təhlükəlisi növbəti perspektivdə olacaq: 

“Bu hadisələr o vaxta qədər davam edəcək ki, biz həmin bu işğalçıların kökünü ərazimizdən kəsək. Əgər kimsə fikirləşir ki, o ərazidə yaşayan ermənilərin hər hansı biri günahsız və təmizdir, bunların hamısı xam xəyallardır. Orada günahsız erməni yoxdur. Bunların hamısı Azərbaycana xəyanət etmiş, qiyam qaldırmış, itaətsizlik göstərmiş, Azərbaycanı tanımadıqlarını bəyan edərək ərazi bütövlüyümüzü pozub özlərinə burada qondarma qurum yaratmış ermənilərdir”. 

Müsahibimizin fikrincə, ona görə də bu ermənilər arasında seçim etmək lazım deyil ki, bunun günahı var, digərinin yoxdur:

“Bunların hamısı birmənalı olaraq bu dövlətə və millətə qarşı olan cinayətdə uşaqlı-böyüklü iştirak edib. Ona görə də ordumuz onlara inanmamalıdır. Hətta sərhədçilərimiz baxmamalıdır ki, bu, təcili tibbi yardım, yaxud Beynəlxalq Qızıl Xaç Komitəsinin, eləcə də sülhməramlılara aid olan maşındır. Qətiyyən heç birisinə inanıb etibar etmək olmaz. Onların kimlikləri, nə aparır, nə gətirir yoxlanılmalıdır. Hətta onların xəstəsini də yoxlamaq lazımdır ki, o xəstənin bədəninə nə bağlayıblar və s. Bu da sual altındadır”. 

“Bu təxribatların kökünün kəsilməsi üçün yeganə çıxış yolu həmin separatçıların, o cümlədən Ermənistan dövlətinə məxsus silahlıların ərazimizdən sonuncu nəfərinə qədər tamamilə təmizlənməsidir. Hansı yolla olursa-olsun, onlar təmizlənməyənə  qədər Papravənddəki təxribatdan daha pisi baş verə bilər”, – E. Məmmədov fikirlərini tamamlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir