Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutdu

Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz vilayətin Sevski rayonunun Podyvotye kəndinin atəşə tutulması barədə məlumat yayıb. 

Turanın səsi”  xəbər verir ki, qubernator bu barədə teleqram kanalında yazıb.

Onun sözlərinə görə, xəsarət alan olmayıb. Atışma nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb, kommunal və inzibati binaya da ziyan dəyib. 

Boqomaz hadisədə Ukrayna Silahlı Qüvvələrini ittiham edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir