Azərbaycan Prezidentinin köməkçisi TDT-nin baş katibi ilə görüşüb
Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin binasında TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə TDT məlumat yayıb.
Görüş zamanı baş katib və Azərbaycan Prezidentinin köməkçisi TDT-nin gündəliyində duran məsələləri və təşkilatın qarşıdakı tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər.
Tərəflər həmçinin türk dünyasında baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.