KİV: ABŞ Ukraynaya ilk dəfə tərkibində zəifləşdirilmiş uran olan mərmilər göndərəcək

ABŞ-nin Ukraynaya ayrılacaq yeni hərbi yardım paketinə ilk dəfə olaraq tərkibində zəifləşdirilmiş uran olan zirehdağıdıcı hərbi sursat daxil olacaq, “Abrams” tanklarının isə yaxın həftələrdə Ukraynaya çatdırılması gözlənilir.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İki Amerika rəsmisi bu məlumatı jurnalistlərə təsdiqləyib. Həmçinin müvafiq sənədlər baxış üçün KİV nümayəndələrinin sərəncamına verilib.

Bildirilib ki, Rusiya tanklarının məhvinə kömək edə biləcək bu mərmilər gələn həftə Ukraynaya veriləcək yeni hərbi yardım paketinin bir hissəsidir.

Sursat ABŞ-nin “Abrams” tanklarından istifadə oluna bilər. Məsələ ilə bağlı məlumatlı olan şəxsin sözlərinə görə, yaxın həftələrdə bu tanklar Ukraynaya çatdırılacaq.

Bir başqa rəsminin dediyinə görə, gələcək yardım paketinin dəyəri tərkibindən asılı olaraq 240 milyonla 375 milyon dollar arasında dəyişə bilər.

Mənbələrin bildirdiyinə görə, paketin dəyəri və məzmunu hələ dəqiqləşdirilməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir