Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

əsasında aşkarlanaraq cinayəti törətmiş şəxslər ifşa olunublar. 

Eyni zamanda, nəqliyyatın sayının sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin vacibliyinə toxunub. 
Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin təkmilləşdirilməsi, o cümlədən funksionallığının artırılması ilə əlaqədar qarşıda duran vəzifələri də müəyyən edərək aidiyyəti qurumların rəhbərlərinə bir sıra tapşırıqlar verib. Həmçinin, günün vacib tələblərindən olan ekoloji cinayətlərin və müvafiq sahədə baş verən inzibati xətaların qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin, xüsusən qanunsuz ağac kəsmə, qiymətli ağacların məhv edilməsi hallarına qarşı mübarizənin daha məqsədyönlü aparılmasının  zəruriliyini vurğulayıb. 

Bütün bunlarla yanaşı, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, qanunçuluğun möhkəmləndirilməsini, vətəndaşların problemlərinə, şikayətlərinə daha böyük həssaslıqla yanaşılmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını tələb edib.
General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət bundan sonra da öz məsul vəzifələrinin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir