TƏCİLİ ! Gərginlik artır…Ermənilər Əsgəran-Xankəndi yolunu beton istehkamlarla bağladı

Qondarma rejim “milli məclis”inin “sədri” Davit İşxanyan Əsgəran qəsəbəsinin girəcəyində toplaşan ermənilərə baş çəkib. 

Turanın səsi ” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Qəzet yazır ki, görüşdə Əsgəran rayonunun “qubernator”u Hamlet Apresyan, Əsgəran şəhərinin “meri” Hayk Şamiryan və rayon “polis rəisi” Artur Baqunts iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə bölgəyə göndərmək istədiyi humanitar yardımın qarşısı hazırda Rusiya sülhməramlıları tərəfindən alınıb. Bundan əlavə, bölgədə yaşayan sıravi ermənilər Əsgəran-Xankəndi yolunu beton istehkamlarla bağlayıblar. Burada məqsəd Azərbaycana məxsus TIR-ların bölgəyə daxil olacağı təqdirdə onların hərəkət imkanlarını məhdudlaşdırmaqdır. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir