Rusiyanın paytaxtı və bir neçə vilayətində hava məkanı bağlanıb

Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında “Xalça” planı elan olunub.

Turanın səsi ”  “Mash”ə istinadən xəbər verir ki, analoji qərar Tula, Lipetsk, Oryol və Kaluqa vilayətlərində verilib.

Bildirilib ki, Moskva vilayətinin Serpuxov və Kolomna şəhərlərində də hava məkanı bağlanıb.

Qeyd edək ki, adı çəkilən plan səmada naməlum və ya təhlükəli obyektlər aşkar edildikdə tətbiq edilir.

Eyni zamanda, sosial şəbəkədə yayılan məlumata görə, ölkənin Pskov vilayəti ilə yanaşı Bryansk və Tula da atəşə tutulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir