Gecə Xankəndidə nə baş verib?
Gecə saatlarında Xankəndidə ermənilər aksiya keçirib. Etirazçılar Laçın yolunun açılması və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Dağlıq Qarabağdan olan tələbələrin azad edilməsi tələbi ilə yürüş keçirib. Etirazçılar İrəvan sakinlərini də aksiyaya qoşulmağa çağırıb.
“Turanın səsi ” in xəbərinə görə , Separatçıların lideri Arayik Arutyunyan bildirib ki, Azərbaycanla hər hansı bir gizli sövdələşmə yoxdur.
Qeyd edək ki, Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilmişdi.
Erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuşdu.
Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçular barəsində cinayət təqibinə xitam verib.
Burada təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla cinayət təqibinə xitam verilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI