Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır”
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev eksdə ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
“Turanın səsi ” xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:
“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
H. Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.