DEPUTAT : “Hörmətli Mehriban Əliyeva Azərbaycan xanımının nümunəvi obrazıdır”

“Xalqımızın, minilliklərdən gələn müdrik el məsəli var. “Görünən dağa bələdçi lazım deyil”. Mehriban xanım Əliyeva, Azərbaycan ictimai-siyasi həyatında, eyni zamanda beynəlxalq müstəvidə çoxşaxəli fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə adını müstəqil Azərbaycan tarixinə yazdırmışdır”.

Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bidlirib.

Mehriban Əliyevanın zəngin fəaliyyətinə diqqət çəkən millət vəkili, bu fəaliyyətin bütün dünyada böyük heyranlıq doğurduğunu qeyd edib:

“Mehriban xanım, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti vəzifəsinə təyin olunduğu gündən, dövlət siyasətinin ən həssas hissəsi hesab olunan, sosial siyasətin həyata keçirilməsində inqlabi addımlar atıldı. Minlərlə məcburi köçkün, şəhid ailələri, əlillər yeni mənzillərlə təmin olundu. Şəhid ailələrinin, Qarabağ qazilərinin, Vətən müharibəsi veteranlarının sosial-rifah halının yaxşılaşdırılmasında, onların ölkə daxilində və xaricində müalicəsinin təşkil edildi.

Heydər Əliyev Fondu yarandığı gündən bəri, ölkəmizdə və dünyanın bir çox ölkələrində həyata keçirdiyi humanitar layihələrlə, tariximizin, mədəniyyətimizin, incəsənətimizin, folklorumuzun, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliğində son dərəcə əhəmiyyətli rol oynamışdır. Hörmətli Mehriban xanımın rəhbərliyinin nəticəsidir ki, Heydər Əliyev Fondu, imkansızların, hüququ pozulanların, sosial qayğıya ehtiyacı olanların ümid yerinə çevrilmişdir. Bu gün, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının, onun mədəniyyətinin, musiqisinin, beynəlxalq müstəvidə tanınmasında əsas pay sahibi, Heydər Əliyev Fondu, şəxsən Mehriban xanımdır.

UNESCO və ISESCO elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış ən mötəbər beynəlxalq Təşkilatlardır. Hər iki Təşkilatın xoşməramlı səfiri kimi, Mehriban xanımın fəaliyyəti nəticəsində Azərbaycanla dünyanın bir çox ölkələri arasında elmi, mədəni əlaqələr qurulmuş, ölkəmizin tarixi abidələri dünya mədəni irsi siyahılarına salınmışdır. Milli bayramlarımız, musiqi alətlərimiz, kulinariya, mətbəx nümunələrimiz Azərbaycan xalqına məxsus olduqlarını sübut edən ünvanlarını tapmışdır. Ələlxüsus, bədnam erməni faşizmi ilə informasiya müharibəsində, bunlar olduqca əhəmiyyətli dəlillərdir. Məhz, Mehriban xanımın xoşməramlı səfir kimi varlığı, UNESCO və ISESCO kimi mötəbər Təşkilatlarda ermənilərə, onlara havadarlarlıq edənlərə mədəni irsimizin mənimsəmələrinə, ölkəmiz əleyhinə qərarların qəbul edilməsinə imkan verməmişdir. Sadalanan rəsmi vəzifələrlə yanaşı, Mehriban xanım Əliyevanın bir statusu da var ki, o da Birinci xanım statusudur. Birinci xanım statusu, Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan, xüsusi əhəmiyyətə malik, oturuşmuş institut hesab olunur. Mehriban xanıma qədər, Azərbaycanda birinci xanımların dövlət idarəetmə sistemində iştirakları olmamışdır. Mehriban xanımın əsasını qoyduğu birinci xanım obrazı, hər şeydən əvvəl müasir Azərbaycan xanımının nümunəvi obrazıdır. Təkcə azərbaycanlı xanımlar yox, bir çox millətlərin xanımları Mehriban xanımı özləri üçün nümunə olaraq qəbul edirlər. Xarici ölkələrin kütləvi informasiya vasitələrində, Azərbaycanın birinci xanımının həyatı, ictimai-siyasi, humanitar fəaliyyəti ilə bağlı çoxsaylı məqalələr yazılır və təbii ki, əcnəbilər tərəfindən, birinci xanımın intellektinə, savadına, dünya görüşünə verilən qiymət, hər bir azərbaycanlını sevindirir. Fəxarət hissi yaşadır.

Deyirlər, hər bir uğurlu siyasətçinin, liderin, kişinin arxasında mütləq güclü qadın dayanır. Bu fikir, Mehriban xanımın timsalında tam özünü doğruldur. Azərbaycanın inkişafında, qüdrətlənməsində, möhtərəm Prezident İlham Əliyevlə birlikdə, birinci xanım Mehruban Əliyevanın xidmətlərini xalq görür və qiymətləndirir. Bu gün Mehriban xanımın doğum günüdür. Milyonlarla insan birinci xanımı təbrik edir və mən də təbriklərə qoşuluram. Allah Sizi, ailənizi, Azərbaycanımızı qorusun”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir