Deputat müəllimlik ixtisasını bitirənlər üçün işə qəbulda imtahanların ləğvini istəyir

0

Milli Məclisin deputatı Siyavuş Novruzov müəllimlik ixtisasını bitirənlər üçün işə qəbul zamanı əlavə imtahanların ləğvini tələb edib.

“Turanın səsi”in məlumatına görə, deputat dövlət ali təhsil müəssisəsini qırmızı diplomla bitirən müəllimin işə qəbul üçün yenidən imtahandan keçdiyini xatırladıb.

O bildirib ki, onsuz da həmin şəxs ali təhsil aldığı müddətdə kifayət qədər biliyə sahiblənib:

“Hər il qanunvericilikdə dəyişiklik edilir, dərsliklər yenilənir. Nəzərə almaq lazımdır ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kimi iş tapmaqdan ötrü gərək həmin şəxs yenə test imtahanından keçsin. Başqa qurumlar da imtahan təcrübəsini tətbiq edir. Xaricdə diplomu təqdim edib iş tapa bilməyən şəxs Harvardı belə məhkəməyə verir. Universitet tələbədən oxuduğu 4 il müddətində təhsil haqqını alıb amma lazımi biliyi verməyib? Bəs elədirsə niyə onda diplom verirlər? Hər yerdə müəllimin qədri bilinməlidir. Qanunvericilikdə təkmilləşdirmə aparılmalıdır ki, insanların rahatlığını təmin edək”.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir