DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
    Oktyabrın 13-də saat 22 radələrində Astara şəhəri ərazisində Ərçivan qəsəbə sakini İ.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini İmaməli Hüseynov xəstəxanaya yerləşdirilib, İ.Hüseynov orada ölüb.
    Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsi ərazisində inşası başa çatmayan bir evin həyətindən 1665 manat dəyərində elektrik naqili və dəmir dirəklər, Binəqədi qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus sahədən isə 420 metr naqil və 18 metr boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aydın Kərimov saxlanılıb. Araşdırma aparılır.

  • Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini Həbib Mehdiyev saxlanılıb. Araşdırma aparılır.

İmişli Rayon Polis Şöbəsinə oktyabrın 13-nə keçən gecə Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.
İmişli RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İlkin Süleymanov, Kürdəmir rayon sakini Elman Hacıyev, İmişli şəhər sakini Elşad Abdullayev və Ağsu rayon sakini Fəqan Abdullayev Qaradağ rayonu ərazisində paytaxt sakini Səbuhi Ələkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıblar.
Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir