İngiltərə Premyer Liqası: “Mançester Siti” minimal hesabla “Nyukasl”a qalib gəlib

İngiltərə Premyer Liqasının (İPL) ikinci turunda “Mançester Siti” doğma meydanda “Nyukasl”ı qəbul edib.

Turanın səsi ” xəbər verir ki, matç Mançester şəhərindəki “Etihad” stadionunda baş tutub.

Oyun “şəhərlilər”in minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 32-ci dəqiqədə Xulian Alvares vurub. Ona verimli ötürməni Fil Foden edib.

Qeyd edək ki, Cari mövsümün birinci turunda “şəhərlilər” “Börnli”dən üstün olublar – 0:3. “Sağsağanlar” isə “Aston Villa”nı 5:1 hesabı ilə darmadağın ediblər.

Xatırladaq ki, İPL-nin ötən mövsümündə komandalar iki dəfə qarşılaşıblar. Belə ki, liqanın birinci dövriyyəsində tərəflər hərəyə 3 qol vuraraq sülhə razılaşıblar. İkinci dövriyyədə isə “Mançester Siti” rəqibi üzərində inamlı qələbə qazanıb – 2:0.

2022/2023 mövsünün yekununda “Mançester Siti” 89 xalla birinci pillədə qərarlaşaraq yarışmanın çempionu adını qazanıb. “Nyukasl” isə liqanı 71 xalla dördüncü pillədə bitirib. “Sağsağanlar”, “şəhərlilər” kimi, Çempionlar Liqasına vəsiqə qazanıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir