“Mançester Siti”nin futbolçusu tarixə düşüb

Xorvatiya millisinin və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Mateo Kovaçiç tarixə düşüb.

Turanın səsi ”  xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Superkubokunda İspaniya “Sevilya”sına qalib gəlməklə buna nail olub.

Kovaçiç üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniya “Real”ında, 2021-ci ildə isə İngiltərənin “Çelsi” komandasında titula yiyələnib.

Yarımmüdafiəçidən daha çox UEFA Superkubokunu yalnız Toni Kroos əldə edib. Almaniyalı futbolçu “Bavariya” ilə 1, “Real” ilə 4 dəfə qələbə sevinci yaşayıb.

Qeyd edək ki, “Mançester Siti” əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Sevilya”nı məğlub edib – 5:4.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir