Paşinyanın Zəngəzur qorxusu: Bölgəyə gəlməkdən niyə çəkinir?

0

Sünikdə (Zəngəzur) Ermənistan Baş naziri Nikol Paşinyanın səfərinə hazırlaşırlar.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Səfərin tarixi hələlik təsdiqlənməyib, amma baş nazirin bundan əvvəl təxirə salınan səfərinin nəhayət həyata keçiriləcəyinə ümid edilir.

Paşinyan Zəngəzura sonuncu dəfə 2021-ci il seçki kampaniyası zamanı gedib. Müharibədən sonra baş tutan səfər bölgədə etirazla qarşılanıb. Erməni mətbuatı baş nazirin Azərbaycanla 44 günlük müharibədən sonra Zəngəzura getməkdən çəkindiyini yazır.

Nikol Paşinyanın əvəzinə ötən aylarda onun həyat yoldaşı Anna Akopyan bölgədə olub. Amma Ermənistan baş nazirinin Zəngəzura addım atmaqdan yayınması ermənilər üçün müəmmaya çevrilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir