Dəhşətli qəza törədən “Nikosayağı“nı hansı cəza gözləyir? – AÇIQLAMA
Bloger “Nikosayağı” kimi tanınan Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.
Maraqlıdır, sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?
“Turanın səsi ” xəbər verir ki, vəkil Mehman Muradlı ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:
“Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman 2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər”.
Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI