İtaliyalı mütəxəssis tərəfindən ödənişsiz olaraq ağır endoprotez əməliyyatları icra edilib

İtaliyanın məşhur travmatoloq cərrahı Pier Giorgio Vasina tərəfindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) ağır endoprotez əməliyyatları icra edilib.

TƏBİB-in dəvəti ilə Azərbaycana gələn italyan cərrah Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ölkə travmatoloqları üçün seminar keçib.

Təşkil edilən seminar 2 hissədən (interaktiv əməliyyatlarvə mühazirə) ibarət olub. İnteraktiv əməliyyatlar zamanı P.G.Vasina ölkə cərrahları ilə icra etdiyi əməliyyatarın texniki üsullarını bölüşüb, reviziya əməliyyatları zamanı istifadə etdikləri metodları əyani şəkildə təqdim edib.

Mühazirə hissəsi isə mürəkkəb xəstələrin müzakirəsi şəklində aparılıb.

Qeyd edək ki, dövlət müəssisələrində xarici mütəxəssislərin icbari tibbi sığorta çərçivəsində vətəndaşlara və tibb heyətinə ödənişsiz xidməti ilk dəfə həyata keçirilir.

Məlumat üçün bildirək ki, P.G.Vasina 14 oktyabr tarixində də ETTOİ-də  əməliyyatlar icra edəcək.

İtalyan cərrahın təcrübələrini bölüşmək məqsədilə ölkəmizə səfəri mütəmadi olaraq təşkil ediləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir