Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub, tərk edilmiş bina dağılıb, xəsarət alanlar var – YENİLƏNİB – 3

Malatya vilayətində baş verən zəlzələdə 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib, 22 nəfər yüngül xəsarətlər alıb.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Hələlik itkilərimiz yoxdur. 1 qəzalı bina dağılıb, 2 ağır zədələnmiş bina yana əyilib. Qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaşımız yüngül xəsarət alıb”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, səlahiyyətli qurumların əməkdaşları ərazidə araşdırmaları davam etdirirlər.

22:55

Bu gün Malatyada baş vermiş zəlzələ nəticəsində indiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin NTV-nin canlı yayımına telefonla bağlanaraq bildirib.

“İndiyə qədər Battalqazi rayonunda 1 tərk edilmiş bina dağılıb. Küçədə yoldan keçən bir uşaq ayağını sındırıb. O, xəstəxanaya aparılıb. Bir neçə dəfə eyvandan tullanma faktı var”, – deyə o qeyd edib.

21:55

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib

Turanın səsi ”  xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir